Lavrov Avropanı "Türk axını" layihəsini dəstəkləməyə çağırıb

Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Avropa Birliyini Moskvanın “Türk axını” qaz kəməri ideyasını dəstəkləməyə çağırıb.

Qara dənizin dibi ilə keçəcək bu kəmərlə Rusiya qazının Türkiyə, ordan isə Avropa ölkələrinə çıxarılması nəzərdə tutulur.

Lavrov aprelin 15-də Belqradda çıxış edərkən deyib ki, Yunanıstan,Makedoniya, Serbiya və Macarıstanın qoşula biləcəyi bu kəmər Avropaya enerji sabitliyi gətirəcək.

Yeni Yunanıstan hökuməti Türk axını layihəsinə maraq göstərir.

Amma ABŞ Azərbaycan-Xəzər qazını Türkiyə, ordan isə İtaliyaya çıxaracaq marşurutun tərəfdarıdır.

Lavroq qeyd edib ki, əgər Avropa Birliyi enerji təhlükəsizliyi istəyirsə,onda Brüssel Türk axını ideyasını dəstəkləməlidir.