Bakıda Türkiyə Mərkəzi Bankının topladığı rəsmlər sərgilənir

Sərgidə 28 rəssamın 35 əsəri yer alıb.

-

Heydər Əliyev Mərkəzində «Müasir Türk Rəsm Sənətində Təxəyyül, Məkan və Zaman» adlı sərgi açılıb.

Mərkəzin yaydığı xəbərə görə, Bakıda ilk dəfə təqdim olunan bu sərgi Türkiyə Respublikasının Mərkəzi Bankı ilə birgə təşkil edilib.

Sərgidə 28 rəssamın 35 əsəri yer alıb.

Bu sənət kolleksiyasını Türkiyənin Mərkəzi Bankı respublikanın qurulduğu ilk illərdə mədəniyyət və incəsənətin inkişafına dəstək məqsədilə yaradıb.

1930-cu illərin ikinci yarısından başlayaraq formalaşdırılan kolleksiya Türkiyə rəssamlığının görkəmli nümayəndələrinə aid əsərlərlə zənginləşdirilib.

İndi kolleksiyadakı əsərlərin sayı 900-ə çatıb və onların çoxu rəsmlərdir.

2003-cü ildən indiyədək 16 ölkədə bu əsərlərdən ibarət 18 sərgi təşkil olunub.

Sərgi iyulun 31-dək davam edəcək.