McCain Poroshenkonun təklifini qəbul etmədi

John McCain

ABŞ senatoru John McCain Ukrayna prezidenti Petro Poroşenkonun müşavirlik təklifini qəbul etməyib.

Poroshenko onun yeni yaradılmış Beynəlxalq Məsləhət Şurasına qoşulmasını xahiş etmişdi.

Şuranı yaratmaqda məqsəd Ukraynada islahatlara kömək etmək və Kiyevə qlobal dəstəyi gücləndirməkdir.

McCain özünün internet saytında yazır ki, ölkə konstitusuyasına görə, o belə bir təklifi qəbul edə bilməz.

Amma o Ukrayna münaqişəsinə görə, Rusiya prezidenti Vladimir Putinə təzyiqləri davam etdirmək üçün əlindən gələni əsirgəməyəcəyini yazır.

Beynəlxalq Məsləhət Şurasına keçmiş Gürcüstan prezidenti Mikheil Saakaşvili başçılıq edir.

Şuraya Avropa Parlamentinin üzvü Elmar Brok və iqtisadçı Anders Aslund da daxil ediləcək.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.