Savchenko məhkəmənin Voronejdə yox, Moskvada keçirilməsini tələb edir

Nadiya Savchenko

Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenko məhkəmə prosesinin Voronejdə yox, Moskvada keçirilməsini tələb edir.

Bu barədə İnterfaks agentliyi məlumat yayıb.

Savchenkonun vəkili Mark Feygin onun məktubunu yayıb.

Məktubda Savchenko məhkəmənin Moskvada və açıq keçirilməsini təkid edir.

Savchenko hesab edir ki, prosesi Voronejdə keçiriməkdə məqsəd, materialları ictimaiyyətdən gizlətməkdir.

Savchenko Ukraynanın şərqində 2 Rusiya jurnalistinin ölümündə əli olmaqda və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

O ittihamları rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Moskvaya verildiyini deyir.

Kiyev və Qərb onun verilməsini tələb edir.