Kürdəxanıda eyni məktəbin 3 şagirdi asılmış tapılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 113 saylı orta məktəbdə son bir neçə ayda 3 şagirdin cəsədi asılmış vəziyyətdə tapılıb. Bu haqda AzadlıqRadiosuna qəsəbə sakinləri məlumat veriblər. Onların sözlərinə görə, oğlan uşağı olan həmin şagirdlər məktəbdən kənarda, müxtəlif vaxtlarda olsa da məhz şənbə günləri asılıblar.