NATO ilə Əfqanıstan yeni missiya barədə razılığa gəliblər

Jens Stoltenberg

NATO ilə Əfqanıstan liderləri mayın 13-də Alyansın indiki missiyası bitdikdən sonra, gələcəkdə Əfqanıstanda hərbi-mülki iştirakın forması barədə razılıq əldə ediblər.

Bunu NATO-nun baş katibi Jens Stoltenberg mayın 13-də NATO ölkələri xarici işlər nazirlərinin Antaliyada keçirilən sesiyasından sonra bəyan edib.

Toplantıda Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani də iştirak edib.

O bildirib ki, hərcənd yeni missiya hərbi tərkibli olsa da, o əsasən mülki rəhbərlik altında olacaq.

NATO-nun Əfqanıstandakı dəstək missiyasının müddəti gələn ilin sonunda sona yetir.

Stoltenberg qeyd edib ki, yeni missiyanın sayı indikindən az olacaq.