«Google» xəritə redaktə sistemini bağlayıb

Google Maps

-

«Google» xəritə redaktə sistemi – «Map Maker»i müvəqqəti bağlayıb.

Buna səbəbxidmətdən başqa məqsədlər üçün istifadə edənlərin sayının artmasıdır.

Xüsusilə, ötən günlərdə «Google Maps»də ortaya çıxan bir görüntü böyük narazılığa səbəb olub. Belə ki, Pakistanın Ravalpindi bölgəsini axtaran istifadəçilər təəccüblü bir görüntü ilə qarşılaşıblar. Görüntüdə «Android» maskotunun«Apple» loqosunun üzərinə ehtiyacını ödədiyi təsvir olunub.

Vəziyyət fərq ediləndən sonra «Google» görüntünü aradan qaldırdı və «Apple»dan üzr istədi.

«Map Maker» ilə edilən bu cür halların qarşısını almaq üçün «Google» sistemi bir müddət bağlı saxlamağı qərara alıb.

Mənfi halların qarşısını almaq üçün yeni üsulların hazırlanacağı gözlənilir.