Avropa rəsmisi AB ilə sıx əlaqə qurmaq istəməyən “Şərq Tərəfdaşlığı” ölkələrindən danışdı

Giorgi Margvelashvili və Johannes Hahn

"Avropa Birliyi onunla daha sıx əlaqə qurmaq istəməyən “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrlə yeni formatda əməkdaşlıq barədə düşünməlidir”.

Bunu Avropa Birliyinin yaxın qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hahn Brüssseldə Gürcüstan prezidenti Georgi Mergvelashvili ilə keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan da Avropa Birliyi ilə əməkdaşlıq formatının dəyişdirilməsinin tərəfdarıdır.Rəsmi Bakı Avropa Birliyi ilə assosiya yox, strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Bu proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus daxildir.

Artıq Avropa Birliyi Ukrayna, Gürcustan və Moldova ilə asosasiya sazişi imzalayıb.

Amma Ermənistan son anda Rusiyanın başçılıq etdiyi Avrasiya ittifaqına daxil oldu.

Məqsəd bu keçmiş Sovet respublikalarının Avropa Birliyinə inteqrasiyasını dərinləşdirməkdir.