Vahid kartın tətbiqi başlayır

Metro qatarı

-

«Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiqi üçün işlər davam etdirilir. Artıq proqram təminatı, prosessinq mərkəzinin yaradılması kimi texniki tərəflər öz həllini tapıb».

ANS-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, vətəndaşlara veriləcək kartlar, onların doldurulması kimi məsələlər də həll olunub:

«Bakı Metropolitenində vahid gediş kartı sistemi üzərində aparılan hazırlıq işləri artıq yekunlaşıb. Avtomobil nəqliyyatında isə bu prosesə I Avropa Oyunlarından sonra mərhələli şəkildə başlanılacaq».

Nazir müavini vahid kart sisteminə keçidin hansı formada həyata keçiriləcəyinə də aydınlıq gətirib: «Vətəndaşlarda olan əvvəlki kartlardan istifadə etmək mümkün olacaq. Ancaq sonradan kart sisteminə keçid prosesi tam yekunlaşdıqda bu kartlar dəyişdiriləcək. Təbii ki, bu proses vətəndaşların istəyi ilə mümkün olacaq».