Cenevrədə İranın nüvə proqramı ilə bağlı danışıqlar başlayır

Foto arxiv

İran və 6 aparıcı dünya ölkəsinin ekspertləri İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsinə başlamaq üçün mayın 12-də Cenevrəyə yığışırlar.

Hərftənin sonunda texniki ekspertlərə siyasi liderlər də qoşulmalıdır.

İranla danışıqlarda ABŞ,Rusiya,Çin, Böyük Britaniya, Fransa və Almaniya iştirak edir.

Söhbət Tehranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq iqtisadi sanksiyaların ləğvindən gedir.

Tərəflər aprelin 2-də İsveçrədə məsələ ilə bağlı çərçivə sazişi imzalayıb.

İyunun sonunadək isə yekun razılaşma imzalamaq qərarına gəliblər.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.