Mayın 12-də Nepalda yenidən güclü zəlzələ baş verib.
ABŞ geoloji xidmətinin məlumatına görə, bu dəfə yeraltı təkanların gücü 7,4 olub.
Nepalda azı 8 nəfərin öldüyü bildirilir.
Paytaxt Katmanduda təşvişə düşən insanlar küçələrə axışıb.
Beynəlxalq Miqrasiya Təşkilatının mətbuat mərkəzindən verilən məlumata görə, təkcə Chautara şəhərində 4 nəfər ölüb.
Həmçinin qonşu Hindistanda 4 nəfər ölüb.
Zəlzələnin mərkəzi Çin sərhəddinin yaxınlığında, paytaxt Katmandu ilə Everst dağının arasında qeydə alınıb.
Bundan əvvəl-aprelin 25-də Nepalda baş verən zəlzələdə 8 mindən çox adam ölüb, 17 mindən çox adam isə yaralanıb.
Həmin vaxt yeraltı təkanların gücü 7,9 bal idi.