İran məsələsi Obama-ərəb sammitinə kölgə salır

-

Mayın 13-14-də Prezident Barack Obama-nın Camp David iqamətgahında ərəb liderləri ilə görüşü gözlənir. Ancaq İranın Körfəz regionunda hərbi iştirakı sarıdan narahatlıq bu görüşə artıq öz təsirini göstərib.

Obama-nın görüşdə məqsədi Körfəz Əməkdaşlıq Şurası liderlərini əmin etməkdir ki, İranla danışıqları aparılan nüvə sazişi regionda sabitliyi və təhlükəsizliyi gücləndirəcək.

Ancaq Körfəz liderlərinin çoxu sazişə skeptik yanaşır, narahatdırlar ki, Birləşmiş Ştatlar İranın Suriya, Livan və Yəməndə hərbi iştirakını üstələmək niyyətində deyil.

Görüşlə bağlı boykot söhbəti olmasa da, altı Körfəz liderindən yalnız ikisi Camp David görüşünə getməyə razılıq veriblər. Bu iqamətgahdan istifadə administrasiya tərəfindən böyük diplomatik jest sayılır və nadir hallarda istifadə olunur.