Huthi üsyançıları Yəməndə koalisiya təyyarəsinin vurulduğunu deyirlər

Foto arxiv

Yəməndəki üsyançı Huthi qrupu mayın 11-də koalisiya qüvvələrinə məxsus qırıcı təyyarənin vurulduğunu deyirlər.

Mərakeş bundan əvvəl hərbi missiya zamanı 1 təyyarəsinin itkin düşməsi barədə məlumat yaymışdı.

Şiə yaraqlıları təyyarənin, onların əsas dayaq nötələrindən olan Yəmənin şimalındakı Wadi Nushur üzərində vurulduğunu deyirlər.

Yaraqlıların Al Masirah kanalı təyyarənin qalıqlarını göstərib.

Televiziyanın məlumatına görə, vurulan F-16 təyyarəsidir.

Təyyarənin üzərində Mərakeş bayrağı da olduğu görsənir.

Bu Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin martın 26-da Yəməndəki Huthi qrupuna qarşı başladığı əməliyyatdan bu yana, vurulan ilk təyyarədir.

Hazırda Yəmənin bir çox bölgələri şiələrin birləşdiyi bu qrupun nəzarətindədir.

Ölkə prezidenti Mənsur Hadi Səudiyyə Ərəbistanına qaçıb.

Ərəb ölkələri hesab edir ki, Huthi üsyançılarının arxasında İran durur.

Tehran ittihamı rədd edir.