Nikolai Patrushev Bakıdadır

Nikolai Patrushev

-

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolai Patrushev mayın 11-də Azərbaycana ikigünlük səfərə gəlib.

Səfərinin ilk günündə onun milli təhlükəsizlik naziri Eldar Mahmudov və İkinci Dünya müharibəsi veteranları ilə görüşləri planlaşdırılıb.

Mayın 12-də N.Patrushev Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Təhlükəsizlik Şurasının sədri Ramiz Mehdiyev və daxili işlər naziri Ramil Usubovla görüşəcək.

Onun prezident İlham Əliyevlə də görüşü gözlənilir.

Bu barədə «Turan» agentliyi məlumat yayıb.