Yerdə maqnit qasırğaları gözlənilir

Şamaxı rəsədxanası

Mayın 12-dən Yer kürəsində maqnit qasırğaları gözlənilir.

Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Namiq Cəlilovun APA-ya verdiyi məlumata görə, 1 həftə davam edəcək qasırğanın gücü zəif olacaq.

Onun sözlərinə görə, maqnit qasırğalarının gücü J1-dən J9-a qədər olur, amma bu günlərdə müşahidə ediləcək maqnit qasırğaları zəif, J1 gücündə olacaq.

Maqnit qasırğası mayın 18-dək davam edəcək və bunun insanlara ciddi təsiri olmayacaq.

Namiq Cəlilov bildirib ki, buna səbəb, 3 gün əvvəl günəşdə baş verən alışmalar olub.