Rusiya ilə Çin Aralıq dənizində hərbi təlimlərə başlayır

Foto arxiv

Rusiya ilə Çin Aralıq dənizində birgə hərbi təlimlərə başlayır.

Rusiya kütləvi informasiya vasitələrininRusiya müdafiə nazirinin müavini Anatoli Antonova istinadla verdikləri məlumata görə, təlimlərdə hər iki tərəfdən müxtəlif tipli 10-a yaxın gəmi iştirak edir.

Antonovun sözlərinə görə, təlimlər hər hansı 3-cü ölkəyə qarşı yönəlməyib və regiondakı mövcud vəziyyətlə bağlı deyil.

Mayın 9-da Moskvada keçirilən hərbi paradda ilk dəfə olaraq Çin hərbçiləri də iştirak edib.

Həmin günlərdə Moskvada Rusiya və Çin rəhbərlərinin görüşü də olub.

Səsəfər çərçivəsində tərəflər arasında iqtisadi və hərbi-texniki sahədə əməldaşlıq razılaşmaları imzalanıb.