Polşada prezident seçkisidir. Prezidentliyə 11 namizəd var. Ən çox şansı olan namizəd ölkənin hazırki prezidenti Bronislav Komorovski hesab olunur, sorğulara görə, əhalinin 40 faizi onu dəstəkləyir.
İkinci yerdə ölkənin ən böyük müxalifət partiyalarından biri - “Haqq və Ədalət” Partiyasından Andjey Dudadır, səsvermə ərəfəsində hər üç seçicidən biri onu dəstəklədiyini bildirib.
Polşa parlament respublikasıdır. əksər siyasətçilər üçün prezident seçkisi hər şeydən öncə parlament seçkilərinə bir hazırlıqdır. Ölkədə parlament seçkiləri bu ilin payızında olmalıdır.