Hərbi təyyarə «Coca-Cola» zavoduna düşdü

«Airbus A400M»

-

İspaniyanın Sevilya şəhərində «Airbus A400M» hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Şahidlərin dediyinə görə, təyyarə mayın 9-u yerli vaxtla saat 13:00-da havaya qalxandan az sonra «Coca-Cola» zavodunun ərazisinə düşüb.

Göyərtədə 6 adam olub. Dörd nəfər ölüb, daha iki nəfər ciddi xəsarət alıb.

İspaniya 2016-cı ildən başlayaraq 27 belə təyyarə əldə etməyi planlaşdırır. Onlar 1973-cü ildən istismarda olan «Lockheed C-130» təyyarələrini əvəzləməlidir.