Şimali Koreya ballistik raket buraxdı

Foto illüstrasiya

-

Şimali Koreya deyir ki, onlar yeni ballistik raketi uğurla sınaqdan keçiriblər.

Mayın 9-da ölkənin rəsmi informasiya agentliyi xəbər verir ki, Şimali Koreya lideri Kim Jong-un sınaq yoxlanışına qatılıb və raketi «dünya səviyyəli silah» kimi qiymətləndirib.

Şimali Koreya ballistik raket texnologiyasından istifadə etdiyinə görə BMT-nin sanksiyaları ilə üzləşib.

Şimali Koreya sınağın nə vaxt və harada keçirildiyi barədə məlumat vermir.