ABŞ Yunanıstanı Rusiya ilə qaz layihələrindən kənar durmağa çağırıb

Amos Hochstein

ABŞ Yunanıstanı Orta Asiyadan Avropaya qaz nəql edəcək kəmər layihəsinə sadiq qalmağa və Rusiyanın dalınca getməməyə çağırıb.

ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi Amos Hochstein Afinaya səfəri zamanı Yunanıstan rəsmiləri ilə enerji resurslarını müzakirə etdiyini deyir.

Qeyd edək ki, Yeni Yunanıstan hökuməti Rusiyanın Türkiyə ilə razılaşdırdığı “Türk axını” layihəsində iştiraka maraq göstərir.

Bu gəmərin Qara dənizin dibi ilə Türkiyə sahilləri, ordan isə Yunanıstan vasitəsi ilə Avropaya çıxması nəzərdə tutulur.

Vaşinqton isə Azərbaycan qazını Xəzər dənizindən İtaliyaya çıxaracaq “Transadriatik” kəmərini dəstəkləyir.