Əzizə Cəfərzadənin kitabı Londonda çap edildi

Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin «Anamın nağılları» kitabı Londonda çap edildi - «My Mother’s Tales»

Bu əsər müəllifin anasının vaxtilə söylədiyi, yazıya köçürülməmiş, birbaşa hafizədən qələmə alınan, kökləri ilə xalq yaradıcılığına bağlı nağıl və əfsanələrdən ibarətdir.

Müəllif əsərdə nağıl üslubunu qoruyub saxlayıb.

Kitabı ingilis dilinə Sevinc Məhərrəmova, Gülnar Aydəmirova və Vəfa İbrahimova çeviriblər.

Əsərin ingiliscə mətnini Betti Blair (ABŞ) və Michael Brannok (İngiltərə) redaktə ediblər.

Kitaba Bakı Dövlət Universitetinin professorları Vaqif Sultanlı və Sevinc Məhərrəmova ön söz yazıblar.

Əsər ilk dəfə 1982-ci ildə Bakıda çap edilib.