Elmar Məmmədyarov BP-nin regional prezidentini qəbul edib

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Gordon Birreli qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və BP arasında əməkdaşlığın hazırkı səviyyəsi, həyata keçirilən enerji layihələri və onların perspektivləri, habelə beynəlxalq enerji bazarındakı son durum ətrafında fikir mübadiləsi aparılıb.