690 min mina və partlamamış hərbi sursat zərərsizləşdirilib

-

Apreldə 1 647 620 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumatda belə deyilir.

Məlumatda o da deyilir ki, bu zaman 144 PHS, 3 ədəd tank əleyhinə və 34 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 486 minaaxtaran mütəxəssis, 115 nəfərlik yardımçı heyət, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 284 700 992 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690 104-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.