Türkiyə Trans-Anadolu qaz kəməri layihəsində səhm almaq istəyən bir neçə şirkətlə danışıqlar aparacaq.
“Anadolu” agentliyinin məlumatına görə, bunu mayın 4-də Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
TANAP layihəsi çərçivəsində qazın ilkin nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır.
İlkin olaraq kəmərlə illik 16 mlrd. kubmetr qaz nəq olunmalıdır.
Sonra isə bunu 24 , daha sonra isə 31 mlrd. kubmetrə çatdırmaq nəzərdə tutulur.
TANAP xətti 2020-ci ilin əvvəlindən başlayaraq Trans-Adriatik qaz kəmərinə (TAP) bağlanaraq,
Bu kəmərlə Xəzər hövzəsindən qazın, Gürcüstan, Türkiyə, ordan isə Yunanıstan, Albaniya və İtaliya vasitəsilə Avropa bazarına çıxarılması nəzərdə tutulur.
TANAP layihəsində SOCAR-ın 58%, BOTAŞ -ın 30%, BP şirkətinin isə 12% payı var.