Nepalda baş verən zəlzələdə ölənlərin sayı 7 300 nəfəri keçib

Foto arxiv

Nepalda baş verən zəlzələdə ölənlərin sayı 7 300 nəfəri keçib.14 mindən çox adam xəsarət alıb.

Polisin məlumatına görə, ölənlərdən 57-si xaricidir.

Minlərlə adam itkin düşdüyündən, hakimiyyətölü sayının artacağını istisna eləmir.

İtkin düşənlərdən 112-sinin xari ölkə vətəndaşları olduğu bildirilir.

ABŞ-ın hərbi-nəqliyyat təyyarələri Nepalın ucqar bölgələrinə hümanitar yardım çatdırmağa başlayıb.

Hava şəraiti pis olduğundan vertlyotlarla bu rayonlara getmək olduqca çətindir.

Xilasedicilər, bazar günü, zəlzələdən 8 gün sonra dağıntıların altından 3 sağ adam çıxarıblar.

Onlardan biri 101 yaşlı kişidir.

Aprelin 25-də baş verən zəlzələ 7,8 bal gücündə olub.

Həmçinin qonşu Hindistan və Çində 100-dən çox adam ölüb.