Əfqanıstan ordusu Kunduz şəhərində talibançılara qarşı əməliyyat keçirir

Foto arxiv

Əfqanıstanın təhlükəsialik qüvvələri ölkənin şimalındakı Kunduz şəhərində talibançıları dəf edəcək.

Bunu mayın 4-də Əfqanıstandakı sülhə dəstək missiyasının sözçüsü Stephen Smithman AzadlıqRadiosunun əfqan xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, əməliyyatda quru qoşunları ilə yanaşı yerli hərbi hava qüvvələri də iştirak edir.

Talibançıların aprelin sonunda Kunduz şəhərinə hücumundan sonra regionda aparılan hərbi əməliyyatlara görə,2 minədək ailə ev-eşiyini tərk etməli olub.

Taliban bu günlərdə ənənəvi yaz hücumuna başladığını elan etdikdən sonra, ölkədə yerli və xarici obyektlərə hücumların artdığı müşahidə olunur.