Moskvada keçiriləcək paradda Şimali Koreyanı Kim Yong Nam təmsil edəcək

Kim Yong Nam

İkinci Dünya müharibəsində Nasist Almaniyası üzərində qələbənin 70 illiyi münasibətilə mayın 9-da Moskvada keçiriləcək paradda Şimali Koreyanı prezident Kim Yong Unun əvəzində formal dövlət başçısı Kim Yong Nam təmsil edəcək.

Bunu mayın 4-də Şimali Koreyanın dövlət televiziyası bəyan edib.

Kim Yong Unun bundan əvvəl paradda iştirak edəcəyi bildirilsə də son anda o Moskvaya getmək fikrindən daşınıb.

Həmçinin bir çox Qərb ölkələri liderləri Ukrayna münaqişəsinə görə paradda iştirakdan imtina ediblər.