Hindistanın şimal-şərqində azı 8 əsgər öldürülüb

Foto arxiv

Hindistanın şimal-şərqində hərbi konvoya hücum nəticəsində azı 8 Hindistan əsgəri həlak olub, 5-i isə yaralanıb.

Hindistan rəsmilərinin sözlərinə görə, insident mayın 3-da Myanmar sərhəddinin yaxınlığındakı Naqalanducqar rayonda baş verib.

Rəsmilər həmçinin 4 əsgərin itkin düşdüyünü deyirlər.

Polisin məlumatına görə, bu hücumun arxasında çox güman ki, Naqa qəbiləsinin azadlığı uğrunda mübarizə aparan “Naqalandın milli-sosial surası”adlı qanunsuz qrup durur.

Hakimiyyəti onun tələblərinə ciddi yanaşmamaqda günahlandıran qrup ötən ay atəşkəs razılaşmasından çıxdığını bəyan edib.

Hindistanın şimal-şərqindəki 7 ştatda qəbilələrdən ibarət onlarla bu cür silahlı qruplar fəaliyyət göstərir.