Avropa Birliyi Dağlıq Qarabağda keçiriləcək seçkiləri tanımır

Foto arxiv

Avropa Birliyi separatçı Dağlıq Qarabağ rejiminin elan etdiyi parlament seçkilərini qəbul etməməsivə bu seçkilərin regionun gələcək statusunun müəyyənləşməsinə kömək etməyəcəyi barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, Avropa Birliyi ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin status-kvonun aradan qaldırılması və sülh danışıqlarının başlamasına yönəlmiş səylərini dəstəkləyir.

Eyni zamanda Avropa Birliyimünaqişənin dinc yolla həllinə əlavə dəstək göstərməyə hazırdır”- deyə bəyanatda bildirilir.