Son 24 saat ərzində Ukraynanın şərqində atəşkəs rejiminin pozulması nəticəsində 2 Ukrayna əsgəri və 1 rusiyapərəst separatçı ölüb.
Ukrayna ordusunun sözçüsü mayın 1-də baş verən atışmada 2 əsgərin öldüyünü, ikisinin isə yaralandığını bildirib.
Onun sözlərinə görə separatçılar Minsk sazişinin qadağan etdiyi ağır silahalardan istifadə ediblər.
Həmçinin separatçılar 1 döyüşçülərinin həlak olduğunu, birinin isə yaralandığını deyirlər.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.