Vyetnam müharibənin sona yetməsinin 40 illiyini qeyd edir

Foto arxiv

Vyetnam müharibənin sona yetməsi və ölkəyə kommunist rejiminin gəlişinin 40 illiyini qeyd edir.

Aprelin 30-da paytaxtda keçirilən paradda 6 min əsgər və mülki sakin iştirak edib.

Şimali Vyetnamın kommunist ordusu 1975-ci il aprelin 30-da ABŞ-ın dəstəklədiyi Cənubi Vyetnamın paytaxtı Sayqon şəhərini ələ keçirdi.

Soyuq müharibə dövründə baş verən bu uzun müharibədə azı 3 milyon vyetnamlı həlak olub.

Bu itkilərin 250 mini Cənubi Vyetnam ordusuna aiddir.

Həmçinin bu müharibədə 58 min ABŞ əsgəri həlak olub.

Vyetnam 1975-ci ildən bazar iqtisadiyyatını qəbul edib və bu ölkənin inkişafı və çiçəklənməsində mühüm rol oynayıb.

Amma ölkə hələ də söz azadlığına dözməyən və mətbuata tam nəzarət edən təkpartiyalı dövlət olaraq qalır.