Baş nazirin müavini Əli Əhmədov aprelin 30-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekutanı qəbul edib.
Yeni Azərbaycan partiyasından APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasındakı əməkdaşlığn mövcud durumu və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə qeyd olunub ki, üst-üstə düşən maraqlar əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək.
Görüşdə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov və ABŞ səfirliyinin siyasi müşaviri Susan Chesley də iştirak ediblər.