Şimali Koreya prezidenti Moskvada keçiriləcək hərbi parada qatılmayacaq

Kim Jong-Un

Şimali Koreya prezidenti Kim Jong Un mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək.

Rusiya prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Kim Pxenyanda qalmaq qərarına gəlib və bu ölkənin daxili işləri ilə bağlıdır.

Kremlin sözçüsü Peskov deyib ki, o bunu eləməməli idi və bu barədə Kremlə diplomatik kanallarla məlumat verilib.

Rusiya rəsmiləri bundan əvvəl Kim Jong Unun Kremlin dəvətini qəbul etdiyini bildirmişdilər.

Bu Kim Jong Unun 3 il bundan əvvəl hakimiyyətə gəlməsindən sonra onun xarici ölkəyə ilk səfəri olmalı idi.

İkinci dünya müharibəsində Nasist almaniyası üzərində qələbənin 70 illiyi münasibəti ilə Moskvada keçiriləcək parada prezident Vladimir Putin sədrlik etməlidir.

Bir çox qərb ölkələri Ukrayna böhranına görə, paradda iştirakdan imtina ediblər.