"Maus" - Holokost haqda komiks

Kitabın üz qabığı. Yəhudilər - siçan, almanılar - pişik. Polyaklar - donuz. Bu obraz kitabın Polşada çap olunmasına mane olurdu

Vladek Şpigelman, Artın atası, qadınların ürəklərini parçalayırdı.

Müharibədən qabaq Anna ilə evlənir

İkinci Dünya Müharibəsi başlayanda Valdek Polşa tərəfdə vuruşurdu

Polyakların zirzəmilərində gizlənirdi

Rüşvət və yalan vasitəsi ilə gettodan canını qurtarmaq istəyirdi

Lakin sonda həyat yoldaşı kimi o da Osventsimə düşdü

Düşərgədə Annanı tapıb xilas etdi: sevgi hər şeyə qadirdir

Maydanekə gedən ölüm yürüşü. Vladek və Anna onu keçə bildilər və sağ qaldılar

Vladek Şpigelman öz əhvalatını oğluna 70-ci illərin sonlarında danışır. Rəssamın anası Anna isə Amerikada intihar edir və onun ölümü Arta bu komiksi yaratmağa təkan verir.

9 may ərəfəsində Moskvanın kitab mağazalarının piştaxtalarından "Maus" komiks kitablarını yığışdırdılar. Səbəb kitabın üz qabığına çəkilmiş svasika (nasist Almaniyasının istifadə etdiyi rəmz) idi. Amerikan rəssamı Art Şpigelmanın komiksi əsas antifaşist kitablarından biri sayılır. Kitab çap olunandan, 2013-cü ildən bu yana "Corpus" nəşriyyatı 3 dəfə tirajı yeniləməli olub