Rusiya Poroshenkoya məxsus konfet fabrikinin aktivlərini müsadirə edib

Foto arxiv

Rusiya hakimiyyəti Lipetsk şəhərində Ukrayna prezidenti Petro Poroshenkoya məxsus konfet fabrikinin aktivlərini müsadirə edib.

Poroshenkonun “Roshen” şirkəti aprelin 28-də bəyan edib ki, rusiyalı məmurlar şirkətin Rusiyada səhmlərini satmasının qarşısını almaq üçün qəsdən bütün mümkün tədbirlərə əl atırlar.

Poroshenko seçkidən əvvəl “Roshen” şirkətini satacağını vəd etmişdi.

Lipetskdəki fabrikin direktor müavini Oleg Kazakov aprelin 28-də bildirib ki, səhmlərin zəbt edilməsinə baxmayaraq istehsal davam etdiriləcək.

Roshen aktivlərinin müsadirə edilməsindən şikayət verəcəyini bildirir.Şirkətin məlumatına görə, sphbət təxminən 39 milyon dollardan gedir.

Rusiya hakimiyyəti aprelin 1-də vergi ilə bağlı fabrikdə reyd keçirib.

İstintaq Komitəsinin sözçüsü reyddən sonra bildirib ki, fabrik 3,1 milyon dolları vergidən yayındırmaqda şübhəli bilinir.