Rusiyada həbsdə olan ukraynalı pilot Savchenko mülki xəstəxanaya köçürülüb

Nadia Savchenko

Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenko mülki xəstəxanaya köçürülüb.

Rusiya Penitensiar Xidmtinin sözçüsü Kristina Belousova aprelin 28-də bildirib ki, Savchenkonun səhəti pisləşdiyinə görə, Moskva xəstəxanasına köçürülüb.

Amma o əlavə məlumat verməyib.

Bundan əvvəl 80 gündən çox aclıq edən Savchenko ötən istirahət günləri aclıq aksiyasını bərpa etmişdi.

Vəkil Mark Feigin bundan sonra onun səhətinin daha da pisləşdiyini deyir.

Beleusovanın sözlərinə görə, o aclıq aksiyasını dayandırıb.

Savchenko Ukraynanın şərqində 2 rusiyalı jurnalistin qətlində ittiham olunur.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, jurnalistlərin yerini Ukrayna hərbçilərinə o verib.

Və bundan sonra Rusiyaya keçmək istəyərkən sərhəddə yaxalanıb.

Savchenko isə ittihamları rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlayaraq Rusiya tərəfinə verildiyini deyir.

Kiyev və Qərb ölkələri Moskvadan dəfələrlə onun verilməsini tələb ediblər.