Vəkili Leyla Yunusun səhhətinin pisləşdiyini deyir

Leyla Yunus

-

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəziyyəti pisləşməkdə davam edir, sol gözü getdikcə görmə qabiliyyətini itirir.

Bunu Turan agentliyinə onun vəkili Elçin Qəmbərov deyib.

O bildirib ki, Penitensiar Xidmətin həkimləri müəyyən tədbirlər gösrsələr də həbsxana şəraitində sağlamlığın və görmə qabiliyyətinin bərpası qeyri-mümkündür.

Leyla və Arif Yunuslar ötən ilin yayında həbs olunublar.Leyla Yunus dövlətə xəyanət və iqtisadi cinayətlərdə ittiham olunur.Həyat yoldaşı Arif Yunusa da dövlətə xəyanətdə ittiham olunur.

«Amnesty International» təşkilatı onları «vicdan məhbusları» kimi tanıyıb.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi və ya vicdan məhbusu olmadığını deyir.