Bağdadda törədilən partlayışlarda azı 19 nəfər ölüb

Irag.Bagdad.car.explosion

Aprelin 27-də Bağdadda törədilən 3 partlayışda azı 19 nəfər ölüb.

Təkcə Mənsur məhəlləsində törədilən partlayışda azı 10 nəfər ölüb, 27 nəfər isə xəsarət alıb.

Həmçinin partlayış nəticəsində azı 20 avtomobil yanıb, bir neçə mağaza və restorana isə ziyan dəyib.

Bu hücumlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

İraq hakimiyyəti bu ilin fevralından paytaxtda normal həyatı bərpa etmək üçün kecə komendant saatını ləğv edib.

Son vaxtlar şəhərdə vaxtaşırı hücumlar törədilir.

İslam Dövləti yaraqlıları ölkənin şimal-qərbində böyük əraziləri zəbt ediblər.