Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenko aprelin 28-də mülki hospitala köçürüləcək. Bunu onun vəkili Mark Feigin aprelin 27-də Twitter səhifəsində yazıb.
O istintaq təcridxanasında Savchenkoya baş çəkdiyini və onun sabah 20 saylı şəhər xəstəxanasına götürüləcəyini bildirir.
Rusiya Penitensiar Xidmətinin sözçüsü Kristina Belousovada aprelin 27-də bildirmişdi ki, Savchenko yeməkdən imtina etdiyinə görə, ötən bazar səhəti kəskin pisləşib və lazım gəlsə Savchenko mülki xəstəxanaya köçürüləcək.
Savchenko Ukraynanın şərqində gedən döyüşlərdə 2 Rusiya vətəndaşının qətlində ittiham olunur.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, jurnalistlərin yerini Ukrayna hərbçilərinə o verib.
Və bundan sonra Rusiyaya keçmək istəyərkən sərhəddə yaxalanıb.
Savchenko ittihamları rədd edir.
Onun sözlərinə görə onu rusiyapərəst separatçılar oğurlayaraq Rusiya tərəfinə təhvil verib.
Kiyev və Qərb ölkələri Moskvadan dəfələrlə onun verilməsini tələb ediblər.