İki gündür ki, Brundidə prezidentin 3-cü müddət uğrunda mübarizə aparmaq istəməsinə etiraz olaraq nümayiş keçirilir.
Müxalifət və tənqidçilər bunun ölkə konstitusiyasına zidd olduğunu deyir.
Yüzlər nümayişçi aprelin 27-də paytaxt Bucumburada təkərləri yandıraraq barrikadalar qurub.
Polis nümayişçilərə qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Aprfelin 26-da baş verən toqquşmada 5 fəalın öldüyü bildirilir.
Şəhərə hərbi qüvvələr yetridilib.
Bu prezident Pierre Nkurunzizanın iyunun 26-da keçiriləcək prezident seçkisinə namizədliyinin verilməsindən bir gün sonra baş verib.
Müxalifət bunun ölkə konstitusiyası və 2005-ci ildə ölkədə vətəndaş müharibəsinə son qoyan Aruşa sülh müqaviləsinə zidd olduğunu deyirlər.
Hər 2 sənədə görə, 1 nəfər 2 müddətdən artıq prezident seçilə bilməz.
Prezidentin tərəfdarları isə deyir ki, onu 1-ci dəfəxalq yox, deputatlar seçdiyindən 1 müddət sayılmır.