Moskvada erməni bayraqları ilə 40-dan çox avtomobil saxlanılıb

Kreml

Aprelin 24-də Moskvanın şimalında erməni bayraqları ilə 40-dan çox avtomobil saxlanılıb.

Maşınlarda olanlar havaya atəş açırmışlar.

Bu barədə TASS agentliyi hüquq-mühavizə orqanlarına istinadla xəbər verir.

İnsident Leninqrad prospektində baş verib və ermənilər maşın yürüşü keçirmək istəyirmişlər.

Şəhər polisinin mətbuat xidmətindən verilən məlumata görə isə maşınlar yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanılıb.

Ermənistan aprelin 24-də iddia elədiyi “erməni soyqırımı”nı anır.

Ermənistan Osmanlı İmperiyası-Birinci Dünya Müharibəsi vaxtı milyonyarım erməninin soyqırımına məruz qaldığını iddia edir.

Türkiyə ittihamı rədd edir, bu rəqəmin qat-qat şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən xeyli ölənlər olduğunu deyir.