Türkiyə Çanaqqala döyüşünün 100 illiyini qeyd edir

Foto arxiv

Türkiyə aprelin 24-dəÇanaqqala döyüşünün 100 illiyini qeyd edir.

Türkiyə və ona qarşı hərbi koalisiya yaradan Britaniya, Fransa, Yeni Zelandiya və Avstraliya bu döyüşlərdəümumilikdə 120 min əsgər və zabit itiriblər.

1915-ci ildə Türkiyənin Qallipoli yarımadası uğrunda savaş Birinci Dünya Müharibəsinin döyüşlərindən biri olsa da türk ordusu üçün mühüm əhəmiyyət daşıyırdı.

Müttəfiq qoşunlarhəmin vaxt türklərin müqavimətini qıra bilmədi və beləliklə Bosfor və Dardanel boğazları, həmçinin İstanbulu ələ keçirmək planı baş tutmadı.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyan da daxil olmaqla Çanaqqala döyüşünün 100 iliiyi ilə bağlı tədbirlərə102 ölkənin dövlət və hökumət başçılarını dəvət edib.

Amma Sarkisian təklifi qəbul etməyib.

Ermənistan həmin günü, iddia elədiyi “erməni soyqırımı” nın anın mərasimini qeyd edir.