Zakir Həsənov Çanaqqala zəfərinin 100 illitində iştirak etmək üçün Türkiyəyə gedib

Zakir Həsənov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, Zakir Həsənovu ölkəyə Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmaz dəvət edib.

Zakir Həsənov Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə keçiriləcək anım mərasimində iştirak edəcək.

1915-ci ildə Çanakqalada davam edən 8 aylıq müharibədə Türkiyə ordusu müttəfiq Antanta qoşunlarını dəf edib.