-
Almaniya prezidenti Joachim Gauck ermənilərin Osmanlı İmperiyasında öldürülməsini “soyqırım” adlandırıb. Aprelin 23-də Berlində kilsədə danışan Gauck deyib ki, birinci dünya müharibəsində Türkiyənin müttəfiqi kimi almanların da “ermənilərin soyqırımında qismən günahı” ola bilər.
Aprelin 23-də Yerevan yaxınlığında Erməni Kilsəsi mərasim keçirib.
Türkiyə 100 il öncə ermənilərin müharibədə öldürülməsini etiraf edir, ancaq bu qətllərin “soyqırım” adlandırılmasına qarşı çıxır.