Obama deyir ki, antiterror əməliyyatında qərbli girovlar öldürülüb

Öldürülmüş girovlardan biri- Warren Weinstein

-

Ağ Ev bildirir ki, yanvarda Əfqanıstan-Pakistan sərhədində ABŞ-ın antiterror əməliyyatı zamanı iki qərbli girov öldürülüb. Prezident Barack Obama bu hadisədən “dərin kədər” hissi keçirdiyini bildirir.

Girovlardan biri ABÇ vətəndaşı, digəri italyan olub. Onları Al-Qaeda terrorçu şəbəkəəsi girov saxlayıbmış.

Al-Qaeda liderini çevrilmiş ABŞ vətəndaşı Ahmed Farouq da həmin əməliyyatda öldürülüb. Yanvar əməliyyatında öldürülən daha bir ABŞ vətəndaşı isə Al-Qaeda terrorçusuna çevrilmiş Adam Gadahn olub.

Obama amerikalı Dr. Warren Weinstein və italyan Giovanni Lo Porto-nun ailəsinə başsağlığı verib. Onlar uyğun olaraq 2011 və 2012-ci illərdən girov saxlanırdılar.

Ağ Evin bəyanatında deyilir ki, girovların saxlandıqları bina atəşə tutulub deyə onlar həlak olublar. Kəşfiyyat onların həmin binada olduğunu bilməyib.