Bakıda avtobuslar vahid kart sisteminə keçir

Foto arxiv

Yaxın vaxtlarda Bakıda ictimai nəqliyyat vahid kart sisteminə keçəcək.

Bu barədə “Bakı Sərnişin Nəqliyyatı” MMC məlumat verib.

Artıq bir sıra metro stansiyalarında “BakıKart” ödəniş terminalları quraşdırılıb. Kartın qiyməti 2 manatdır.

Mayın sonlarında isə Bakıda 6 avtobus marşrutunda kart sisteminin tətbiqinə başlanacaq.

Bu sistem Bakının mərkəzindəki 29 marşrutda, “Daewoo” markalı 515 avtobusda tətbiq ediləcək. Artıq avtobuslara elektron ödəniş qurğuarı qoyulmasına başlanıb.

İlin sonlarınadək isə bütün şəhər nəqliyyatında kart sistemindən istifadə olunacaq.

Hazırda paytaxtda 2500-dən çox avtobus var.