Əfqanıstanda talibançılar 9 sərhədçini qətlə yetiriblər.
Bundan başqa yolda baş verən partlayış nəticəsində 8 dinc sakin ölüb.
Taliban hərəkatı bundan əvvəl aprelin 24-də yaz hücumuna keçəcəyini bəyan eləmişdi.
Əfqanıstan rəsmilərinin sözlərinə görə sərhədçilər aprelin 22-də öldürülüb.Talibançılar hücum edərək Badqis əyalətinin şimal-qərbindəki nəzarət-buraxılış məntəqəsini ələ keçiriblər.
Nimroz əyalətinin cənub-qərbində yolda baş verən partlayışda isə 4 uşaq da daxil olmaqla 8 dinc sakin ölüb.
Əyalətin qubernatoru Amir Mohammad Akhundzadanın sözlərinə görə, bomba yerli təhlükəsialik qüvvələri üçün nəzərdə tutulubmuş.