Rusiyanın raket sınağı baş tutmayıb

Foto arxiv

Aprelin 22-də Rusiyanın Plesetsk kosmodromundan buraxılan eksperimental raket start meydanının 7 kilometrliyinə düşüb.

Arxangels hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə mütəxəssislər göndərilib, təhlükə yoxdur.

Raketin uğursuz sınağı barədə ilk olaraq yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

Sonradan məlumatı Rusiyanın Fövqəladə Hallar nazirliyi də təsdiqləyib.

TASS-ın məlumatına görə raketi müdafiə-sənaye kompleksinə məxsus müəssisələrdən biri buraxıb.