“Dua*s” sərgisindən [Fotolar]

-

Bakıdakı “YAY gallery”də fotoqraf və rəssam Fəxriyyə Məmmədovanın sərgisi açılıb.

“Dua*s” –adlanan sərgidə müəllif çəkdiyi fotoları nazik qatlar şəklində şüşə lövhələrin arasına yerləşdirir və beləliklə bir-biri ilə üst-üstə düşən fotolar başqa ölçülü məkana baxış təəssüratı yaradır.

Fəxriyyə Məmmədova ixtisasca keramikaçı və dizaynerdir. 2000-ci illərdən bəri işləri Türkiyə, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, ABŞ, Yunanıstan, Rusiya, Özbəkistan, Ukrayna kimi ölkələrdə sərgilənib.

“Dua*s” sərgisi mayın 5-nə qədər davam edəcək.