Rusiya iqtisadiyyatı ötən il 25 milyard avro itirib

Dmitry Medvedev

“Qərbin sanksiyalarına görə, Rusiya iqtisadiyyatı ötən il 25 milyard avro itirib və itkilər bu il bir neçə dəfə artıq ola bilər”.
Bunu Rusiyanın baş naziri Dimitri Medvedev aprelin 21-də bildirib.

O 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında artıq 2 faiz geriləmə olduğunu qeyd edib.

Rublun ABŞ dollarına nisbətdə məzənnəsi də yenidən düşməyə başlayıb.

Aprelin 21-də Moskva birjasında 1 dollar 54 rubla satılıb ki, bu aprelin 8-dən bu yana ən yuxarı həddir.

Rubl ötən ilin dekabrında dollara nisbətdə ən aşağı həddə düşdükdən sonra, yavaş-yavaş bərpa olunmağa başlamışdı.

Həmin vaxt 1 ABŞ dolları təxminən 80 rubl idi.

2014-cü ildə dünya bazarında neftin qiymətinin kıskin düşməsi və Ukrayna böhranına görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar, əsas gəliri neftdən olan Ukrayna iqtisadiyyatına ciddi ziyan vurur.